HAQQIMIZDA

                                                    YAĞMUR FM HAQQINDA MƏLUMAT

21 fevral 2022 ci ildə fəaliyyətə başlayıb. Məqsədimiz dinləyicilərə geniş perspektiv təqdim etmək və onları məlumatlarla maarifləndirməkdir. Dinlər, bürclər, elm və astrologiya kimi mövzularda dərin araşdırmalar apararaq dinləyicilərimizin bilik səviyyəsini yüksəltməyi hədəfləyirik. Eyni zamanda, yuxu yozması kimi ənənəvi mövzuları da müasir prizmadan müzakirə edirik.

Radiomuz dinləyicilərinə tarix, fəlsəfə, mədəniyyət və siyasət kimi sahələrdə də əhatəli məzmunlar təqdim edir. Xüsusi müsahibələr və proqramlar ilə mühüm mövzuları dərindən işıqlandırır və dinləyicilərin fikir formalaşdırmağına kömək edirik.

Bundan əlavə, müxtəlif müzakirə proqramları vasitəsi ilə cəmiyyətdəki mühüm problemlər haqqında insanları maarifləndirməyi hədəfləyirik.

Radiomuz hər kəsin ürəyincə olacaq müxtəlif mövzuları əhatə edən yayımları ilə dinləyicilərinə keyfiyyətli və maarifləndirici proqramları təqdim etməyə davam edəcək.